Azərbaycandakı prezident seçkiləri Qazaxıstan mediasında

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu günlərdə daha bir ölkənin – Qazaxıstanın rəsmi “İnform.kz” informasiya agentliyi Azərbaycandakı seçkilərlə bağlı geniş məqalə dərc edib.

“Tarixi məqam və yeddi namizəd: Azərbaycanda prezidentlik yarışı ilə bağlı məlum olanlar” başlığı ilə yayımlanan ya­zıda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu nəzərdə tutula­raq növbədənkənar seç­kilər “Qələbə seçkisi” kimi xarakterizə edilib.

Müəllif qeyd edir ki, 2024-cü ildə 2 milyarddan çox seçicinin səs verəcəyi təxmin edilən dünyanın 64 ölkəsində seçkilər gözlə­nilir. Növbədənkənar pre­zident seçkilərinin keçi­riləcəyi bu il seçki yarışını ilk açan Azərbaycan ola­caq. Ölkə artıq bu prosesi “qələbə” seçkisi kimi təyin edib ki, bu da Azərbaycan xalqının ərazi müstəqilliyini və suverenliyini daha da möhkəmləndir­mək iradəsinin ifadəsi deməkdir. Azər­baycan Seçki Məcəlləsindən irəli gələn prosedurlara yer verib. Seçki prosesin­dəki ardıcıllıqlar, habelə prezidentliyə na­mizədlərin proqramı haqqında məlumat­lar da göstərilib. 

“Kazinform”un müxbiri seçki prose­sinin necə getdiyinə, ölkənin ən yüksək vəzifəsinə kimin iddialı olduğuna, na­mizədlərin seçki proqramlarının nədən ibarət olduğuna, proqnozların nə olduğu­na diqqət yetirib.

Məqalədə beynəlxalq müşahidəçilə­rin də seçki prosesini izləyəcəkləri yer lıb. Bildirilir ki, Azərbaycanda keçiriləcək seçkiləri MDB Parlamentlərarası As­sambleyası, ATƏT-in Demokratik Təsisat­lar və İnsan Hüquqları Bürosu, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təşkilatla­rın nümayəndələri müşahidə edəcəklər. Qazaxıstan Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə 19 müşahidəçi göndərəcək. Bu barədə Qa­zaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

XQ

Son xəbərlər