DSK-larda müşahidə müraciətinin müddəti başa çatır

post-img

Fevralın 7-də keçiriləcək prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət sabah başa çatır. 

Secki-2024.az saytı xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublika­sının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiya­nın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hö­kumət təşkilatının təşəbbüsü əsasında) seçkilərin təyin edildiyi gündən başlaya­raq seçkilərin keçirilməsinə 5 gün qalana­dək seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələri müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təq­dim etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 2-dək olan dövrü əhatə edir.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər