Seçki bülletenlərinin paylanması davam edir

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 6 milyon 524 min 203 seçki bülleteni çap olunub. Səsvermə gününə azı 3 gün qalmışadək bülletenlər dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələb­lər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunur. Seçki Məcəllə­sinin 199-cu maddəsi prezident seçkiləri üzrə seçki bülletenində prezidentliyə na­mizədlərin təqdimatını əhatə edir.

Həmin maddəyə əsasən, prezident­liyə namizədlərin əlifba sırası ilə soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olma­dıqda — fəaliyyət növü), habelə qeydə alınmış prezidentliyə namizədi kimin irəli sürdüyü göstərilməlidir.

Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış prezidentliyə namizədin mənsub olduğu siyasi partiyanın qısa adı göstəril­məlidir. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiy­yatdan keçmiş prezidentliyə namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

Prezidentliyə namizədlərin soyadın­dan sağda boş kvadrat yerləşir. Seçici seçki bülletenində səs verəcəyi prezi­dentliyə namizədin soyadından sağdakı kvadratda işarə qoyur. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər