Rusiya azərbaycanlıları harada səs verəcəklər?

post-img

Ölkəmizin Rusiyadakı səfirliyi Azərbaycanda keçiriləcək növbədənkənar pre­zident seçkiləri ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanın Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarında seçki məntəqələri açılacaq.

Səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiya­sının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələ­rinə Azərbaycan vətəndaşının etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkilə­ri dövründə Rusiyaya səfər etməyi plan­laşdıran və səs vermək istəyən vətən­daşlardan da həmin sənədləri özləri ilə götürmələri xahiş olunur. 

Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

Seçki məntəqələrinin ünvanları:

Moskva şəhəri, Voznesenski pros­pekti, 15;

Sankt-Peterburq şəhəri, 2-ci Sovet­skaya küçəsi, 27;

Yekaterinburq şəhəri, Karl Liebk­necht küçəsi, 5.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər