MDB müşahidəçiləri qərargahının rəhbəri ilə görüş

post-img

Yanvarın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Müstəqil Dövlətlər Birliyi müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak və qərargahın üzvü Andrey Adamuşka ilə görüşüb. 

Yevgeni Kozyak MDB müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqın­da məlumat verib. O, MDB-nin Azərbay­canda seçkilərlə əlaqədar geniş mü­şahidə təcrübəsinə malik olduğunu və fevralın 7-də keçiriləcək prezident seç­kilərinə böyük maraq göstərdiklərini söy­ləyib. Onun sözlərinə görə, paytaxtda və regionlarda seçkiqabağı vəziyyətlə bağlı aparılan ilkin müşahidələr seçkilərə ha­zırlığın yüksək səviyyədə olduğunu və bütün namizədlərə bərabər imkanların yaradıldığını göstərir.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azər­baycanın zəngin seçki təcrübəsinə ma­lik olduğunu, qarşıdan gələn prezident seçkilərinin də ədalətli, şəffaf və de­mokratik keçirilməsi üçün zəruri şəraitin təmin edildiyini bildirib. Hazırda uğur­la davam edən seçkiqabağı təşviqat kampaniyası haqqında məlumat verən T.Budaqov Azərbaycan vətəndaşlarının seçkilərə böyük maraq göstərdiklərini vurğulayıb.

YAP Sədrinin müavini indiyədək MDB müşahidə missiyalarının ölkə­mizdəki fəaliyyətinin önəminə diqqət çəkərək, budəfəki missiyaya da uğurlar arzu edib.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər