Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzvü olan 18 ölkədən müşahidəçilər 7 fevral seçkilərini izləyəcəklər

post-img

Bu il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində beynəlxalq müşahidəçi qismində Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatı da iştirak edəcək. Təşkilata üzv olan 18 ölkədən (Seneqal, Cənubi Afrika Respublikası, Zimbabve, Mali, Tanzaniya, Zambiya, Malavi, Uqanda, Toqo, Nigeriya, Mozambik, Ekvador , Kolumbiya, Venesuela, Honduras, Kamboca, Fici və Filippindən) ümumilikdə 19 nümayəndənin iştirakı gözlənilir. Bu barədə secki-2024.az saytına açıqlamasında QH Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə məlumat verib.

Onun sözlərinə görə, seçki prosesi zamanı paytaxt Bakı şəhərindən kənar bölgələrdə xarici nümayəndələrin müşahidə aparmaları ilə bağlı məsələ müzakirə olunmaqdadır.

Missiya Azərbaycanda fevral ayının 5-dən 9-na kimi, ümumilikdə 5 gün fəaliyyət göstərəcək.

Son xəbərlər