Pentaqon GLSDB bombalarının Ukraynaya təhvil verildiyini təsdiqləyib

post-img

Pentaqonun sözçüsü Patrik Rayder Ukraynanın ABŞ-dan yeni GLSDB uzaqmənzilli dəqiq bomba ala biləcəyini təsdiqləyib. Lakin o, transferin vaxtını açıqlamayıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü brifinq zamanı deyib: "Keçən il etiraf edildiyi kimi, biz Ukraynaya təhlükəsizliklə bağlı yardım səylərimizin bir hissəsi kimi GLSDB təqdim edəcəyik. Bununla belə, əməliyyatlarımız üçün təhlükəsizliklə bağlı narahatlıqlara görə konkret vaxtı təsdiq edə bilmirik".

Yeni bomba təxminən 150 kilometr məsafə qət edə bilər ki, bu da Ukraynaya müəyyən üstünlük verə və uzaq mənzilli atəş silahlarının arsenalını tamamlaya bilər.

S.ELAY

XQ

Dünya