Cenevrədə soydaşlarımızın etiraz aksiyası

post-img

Yanvarın 27-də Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən BMT-nin Cenevrə bölməsinin qarşısında aksiya təşkil edilib.

Aksiyanın məqsədi İsveçrənin və dün­ya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirklən­dirməsi probleminə yönəltmək və Ermə­nistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub. 

Aksiya zamanı “Mina sahəsi” adlı si­mulyasiya təlimi keçirilib, yerli sakinlərə və şəhərin qonaqlarına Azərbaycan barə­sində ətraflı informasiya verilib və məlu­mat vərəqələri paylanılıb.

XQ

Son xəbərlər