Türkiyə naziri Bakıda

post-img

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Söhbət zamanı hazırda iki ölkənin enerji gündəliyinin prioritet istiqamət­ləri üzrə geniş müzakirələr aparılıb. Azərbaycandan Türkiyə və Avropaya təbii qaz təchizatının mövcud vəziy­yəti və uzunmüddətli perspektivləri, TANAP-ın genişləndirilməsi, həmçinin İğdır-Naxçıvan qaz kəmərinin inşası və bu il istismara verilməsindən irəli gələn məsələlər nəzərdən keçirilib. 

Bundan başqa Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafında Türkiyə ilə əməkdaşlığın önəmi vurğulanıb və bu xüsusda burada istehsal olunacaq elektrik enerjisinin Türkiyəyə ixracı, buradan Avropaya nəqli imkanlarının araşdırılması, bu məqsədlə infrastruk­turun yaradılması kimi məsələlərin həlli ilə bağlı hər iki tərəfin iştirakı ilə yara­dılmış İşçi qrupu çərçivəsində fəaliyyət nəzərdən keçirilib. Bu istiqamətdə növ­bəti addımlar müəyyənləşdirilib. 

XQ

Son xəbərlər