Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat, prezidentliyə namizəd Razi Nurullayev

post-img

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir

 

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat, Prezident­liyə namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

“Sosial ədalət, sosial demokratiya” şüarı ilə seçkilərə qa­tılan namizəd vətəndaşın, ölkənin ən önəmli problemlərinə, məsələlərinə diqqət çəkir, platformasından, ölkədəki möv­cud problemlərin həll yollarından danışır, seçicilərin qayğı­larını dinləyir, onların suallarını cavablandırır.

 

 Azərbaycan Respublikası Prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının sədri,
deputat Razi Nurullayevin seçki platforması

 

 5. Biznes sahəsində 

– Əlverişli biznes mühiti üçün şəffaflıq və daha az vergi ödəmələri ilə yeni biznes mü­hiti formalaşdırılacaq. Bu sahədə əsas şüarı­mız “Vergini ödə, şəffaf ol, cinayət pullarını verilən maliyyə amnistiyası ilə leqallaşdır” olacaq. İş adamları bizim hakimiyyətimizin ən mötəbər şəxsləri olacaq və iş mühitinə əngəl törədən məmurlar haqqında ən sərt tədbirlər görüləcək. Ölkədə genişmiqyaslı maliyyə amnistiyası həyata keçiriləcək; 

– Sadələşdirilmiş vergi məbləğinin hazır­kı 200 mindən 350 minə qaldırılması təmin ediləcək;

– Fiziki şəxslərin müflis elan edilməsi haqqında qanun layihəsi hazırlanıb ictimaiy­yətin müzakirəsinə veriləcək və qəbul oluna­caq. Azərbaycanda yalnız hüquqi şəxslərin müflisliyi haqqında qanun mövcuddur; 

– Bank faizlərinin aşağı salınması üçün ciddi işlər aparılacaq və dövlətin imkanları daxilində olan bütün vasitələrdən istifadə ediləcək; 

– Biznes mühiti şəffalaşdırıldıqdan, vergi güzəştləri tətbiq edildikdən sonra ölkəyə in­vestisiya qoyuluşu ilə bağlı layihələr hazır­lanaraq, qəbul ediləcək. Əsas məqsədimiz xarici investorların ölkəyə sərmayə yatırma­sının təminatı və etibarlılığının qorunmasıdır.

– Bununla yanaşı yerli investorlara əlavə güzəşt paketləri təqdim olunacaq; 

6. Dövlət-vətəndaş münasibətlərində qar­şılıqlı etimad mühitinin yaradılması. Məh­kəmə-hüquq islahatları 

– Məhkəmə sisteminin tam azad və sər­bəst, düzgün qərar verməsi üçün gərgin iş aparılacaq və iki il ərzində bu, təmin edilə­cək. Məhkəmə hakimlərinin, işçilərinin, pro­kurorluq orqanı işçilərinin, polis orqanları­nın əməkhaqqları minimum iki-üç dəfə, bəzi sahələr üzrə isə dörd dəfə artırılacaq; 

– Bundan sonra, sıfır səviyyə rüşvət və korrupsiya kampaniyası elan ediləcək və qanunu pozanlar ən qatı şəkildə cəzalandı­rılacaq, əmlakı müsadirə olunmaqla cinayət məsuliyyətinə cəlb olunacaqlar;

– Prokurorluğun paralel olaraq həm nə­zarətçi və həm də dövlət ittihamçısı funk­siyası bir-birinə ziddiyətli funksiyadır. Pro­kurorluğun nəzarətçi funksiyası ilə dövlət ittihamçısı funksiyasının ayrılması təmin ediləcək;

– Ədalət mühakiməsinin nəticəvi əhəmiy­yət və effektivliyini artırmaq məqsədi ilə və­killərin prosessual səlahiyyətlərinin geniş­ləndirilməsi təmin ediləcək.

- Vətəndaşların dövlət qurumlarına etima­dının artırılması üçün məmur-vətəndaş ara­sında əlaqənin üz-üzə prinsipdən “onlayn” əlaqəyə keçməsini 100 faiz təmin etmək va­cibdir. Bu sistemin tətbiqi müraciətlərin iz­lənməsini, dövlət qurumlarının adekvatlığını üzə çıxaracaq. Bu da, öz növbəsində, vətən­daş maraqlarının təminatına səbəb olacaq. 

7. Dövlət maraqlarının təminatı

– Azərbaycan dövlətinin və xalqının ma­raqları ən ciddi prioritetimizdir. 44 günlük Vətən müharibəsindən və Azərbaycan döv­lətinin möhtəşəm Zəfərindən sonra müxtəlif sosial şəbəkələr vasitəsilə Azərbaycana qar­şı beynəlxalq miqyasda əks-təbliğat kampa­niyası aparılır. Bu səbəbdən də “Facebook”, “YouTube”, “Tik-Tok” sosial platformalarının Azərbaycan nümayəndəliyinin açılması əsas hədəfimizdir. Dövlət və milli maraqlarımızın müdafiəsi üçün bu məsələdə mövqeyimiz qətidir.

8. Xarici siyasət prinsipləri

Azərbaycan dövləti mövcud təbii-coğrafi, tarixi, ənənəvi, milli-psixoloji, iqtisadi və di­gər amilləri nəzərə almaqla öz xarici siyasə­tində aşağıdakılara xüsusi diqqət yetirəcək:

– Azərbaycan dövlətinin xarici ölkələr­dən və beynəlxalq təşkilatlardan asılı düş­məməsi, müqavimətinin artırılması, bütün istiqamətlərdə azad və ədalətli rəqabət mü­hitinin yaradılması üçün ölkədəki siyasi qüv­vələr arasında qarşılıqlı inam və etimada nail olmaq;

– Beynəlxalq və regional təşkilatlarla, hərbi-siyasi bloklarla münasibətlərdə Azər­baycanın maraqlarını qətiyyətlə qorumaq; 

– Cənubi Azərbaycandakı soydaşları­mızın milli oyanışına və milli özünüdərkinə nail olunmasına, bu prosesin genişləndiril­məsinə və onların sosial-siyasi və mədəni hüquqları uğrunda apardıqları mübarizəyə hərtərəfli siyasi dəstək vermək;

– Bölgədə sülhün, əmin-amanlığın təmin olunması üçün Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirmək, onlarla iqtisadi, mədəni və s. istiqamətlərdə sıx əməkdaşlıq etmək; 

– Azərbaycan–Türkiyə, Azərbaycan–Pa­kistan siyasi-iqtisadi və hərbi əlaqələrinə xüsusi önəm verilməklə strateji tərəfdaşlığı bütün türk dünyası miqyasınadək genişlən­dirmək; 

– Türk dövlətləri və topluluqları ilə əlaqələ­ri genişləndirmək, milli-mənəvi dəyərlər sis­temini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsə­dilə hərtərəfli qarşılıqlı inteqrasiyanı təmin edəcək ümumtürk mədəni-iqtisadi birliyinin gerçəkləşdirilməsinə nail olmaq; 

– Sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə Azərbaycanın ərazi bütöv­lüyünü və suverenliyini dəstəkləyən, bey­nəlxalq hüquqa, ədalət prinsiplərinə söy­kənən xarici siyasət yürüdən dövlətlərlə əlaqələri hərtərəfli inkişaf etdirmək; 

– Azərbaycanda mənəviyyat və milli dəyərlərimizə zərər vurmayan Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsə­nilməsinə, Avropaya inteqrasiyaya və parla­mentarizmin inkişafına nail olmaq; 

– Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəh­lizlərinin tikintisinin başa çatdırılması, multi­modal nəqliyyat infrastrukturunun mövcud­luğunun təminatı, Bakı–Tbilisi–Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərq–Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilməsinə təminat vermək;

9. Şəhərsalma və tikinti sahəsində

Azərbaycanın ayır-ayrı şəhər və rayonla­rında, xüsusən Bakı şəhəri və Abşeron yarı­madasında xaotik, qanunsuz və plansız evlər tikilib. Yüz minlərlə ev hələ də sənədsizdir və yaşamaq üçün də yararsızdır. Yol, su, qaz, işıq problemləri qalmaqdadır. 

– İcazəsiz tikilən fərdi evlərin sənədləşdi­rilməsi ilə bağlı verilən Azərbaycan Respub­likası Prezidentinin müvafiq sərəncamının icrası üzrə məsul Komissiyanın hesabatı araşdırılacaq və sərəncama uyğun müvafiq qərar qəbul ediləcək. Baş plana uyğun tikil­məyən evlərlə bağlı xüsusi komissiya yara­dılaraq, həmin evlərin dəyəri tam qaydada vətəndaşları narazı salmadan dövlət tərəfin­dən ödəniləcək; 

– Bütün Azərbaycan ərazisində plansız və qanunsuz tikililər dayandırılacaq və buna şə­rait yaradan hər bir məmur və qurum ən sərt şəkildə cəzalandırılacaq. Dövlət tərəfindən infrastruktur yaradılmış, planlaşdırılmış və fərdi evlərin tikilməsi üçün nəzərdə tutulmuş məhəllələr yaradılaraq, dövlət qiymətinə vətəndaşlara satılacaq;

– Vətəndaşlara verilən pay torpaqlarında evlərin tikintisinə istisnalarla, xüsusi hal­lar olarsa icazə veriləcək. Amma bu ərazilər dövlət tərəfindən yenidən planlaşdırılacaq və plansız tikililərin qarşısı alınacaq. Bu yer­lərdə dövlət tərəfindən yol, su, qaz və kanali­zasiya infrastrukturu yaradılacaq; 

– Bakı və respublika əhəmiyyətli digər şəhərlərdə (Gəncə, Sumqayıt, Lənkəran, Şir­van, Mingəçevir, Naftalan) hündürmərtəbəli binaların tikintisi ilə bağlı ciddi analizlər və qiymətlənidrmələr aparılacaq, vahid stan­dartlar müəyyənləşdiriləcək. Şəhərin relyefi, ərazisi, sıxlıq və s. kimi amillər dəyərləndi­rilərək, hündürmərtəbəli binaların tikintisinə icazə veriləcək. Xaotik şəkildə bu tip tikililə­rin qarşısı alınacaq.

 

 Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı







Son xəbərlər