Mərkəzi Seçki Komissiyasının növbəti iclası

post-img

Yanvarın 26-da Məzahir Pənaho­vun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Komissiyanın 15 yanvar, 18 yanvar və 20 yanvar 2024-cü il tarixli ic­laslarının protokolları təsdiq olunub. 

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkilərində “exit-poll” keçirilməsi niyyəti ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“Orac­le Advisory Group” (Amerika Birləşmiş Ştatları) ilə birgə)”, “Rəy” Monitorinq Mərkəzi və “Sosioloji Tədqiqatlar Mərkə­zi” MMC tərəfindən Mərkəzi Seçki Komis­siyasına ünvanlanan müraciətlərə baxılıb. Komissiya üzvləri və iclas iştirakçıları bu­nunla bağlı ətraflı məlumatlandırıldıqdan və aparılan geniş müzakirələrdən sonra sözügedən qurumların müraciətlərinin tə­min edilməsinə və Prezident seçkilərində "exit-poll” keçirmək üçün qeydə alınmala­rına qərar verilib.

İclasda daha sonra Mərkəzi Seçki Ko­missiyasının qərarı ilə seçkilərdə qeydə alınmış namizəd tərəfindən təqdim olu­nan vəkil edilmiş şəxslər qeydə alınıb.

Beynəlxalq müşahidəçilər, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media nümayən­dələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tər­kibində dəyişikliklər də edilib, həmçinin cari məsələlərə baxılıb.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər