Azad edilmiş ərazilərdə “exit-poll”lar keçiriləcək

post-img

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı Şuşa, Xankəndi, Suqovuşan və Ağalıda “exit-poll” keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, Vətəndaşla­rın Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təş­kilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində “exit-poll” keçirəcək: “Bu seçki məntəqələrindən 6-sı işğaldan azad edilmiş ərazilərdədir. Bunlar 84 saylı Füzuli seçki dairəsinin 75 saylı, 97 saylı, Tərtər–Naftalan–Goranboy seçki dairəsi­nin Suqovuşanda yerləşən 58 saylı seçki məntəqəsi, 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı seçki məntəqəsi, 122 saylı Xankəndi seçki dairəsinin Xankən­di şəhərində yerləşən 14 saylı seçki məntəqəsi, 124 saylı Şuşa–Ağdam–Xo­calı–Xocavənd seçki dairəsinin Şuşada yerləşən 105 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan–Qubadlı seçki dairəsi­nin Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqəsidir”.

R.Qasımov deyib ki, Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçiriləcək pre­zident seçkilərində “exit-poll” keçirmək üçün müraciət edən digər təşkilatları – “Rəy” Monitorinq Mərkəzini və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-ni qeydiyyata alıb.

 

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər