Mingəçevir: seçki prosedurları dərindən öyrənilir

post-img

54 saylı Mingəçevir Dairə Seçki Komissiyasının sədri Şəlalə Həsənova növ­bədənkənar prezident seçkilərinə hazırlıqla bağlı danışarkən qeyd etdi ki, bu seçkilərdə hər bir soydaşımız qürurla iştirak edəcək. Çünki 2020-ci ildəki şanlı Qələbəmizdən və ötən ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra ilk dəfədir ki, seçkilər Azərbaycanın bütün ərazilərində keçiriləcək. Bu, hər bir soydaşımız üçün qürurverici tarixi hadisədir. Mingəçe­virdə də əhali seçki gününü səbirsizliklə gözləyir və Zəfər seçkisində iştirak etməyi özlərinə şərəf bilir. Bu seçkilərdə dairə üzrə 51 min 340 seçici 40 məntəqədə səs verəcək. Seçkilərin mütəşəkkil keçirilməsi üçün bütün imkan­lardan istifadə olunur. 

İlk növbədə, aşağı seçki komissiyala­rı treninqlərə cəlb olunub. Bu təlimlərdə verilən tövsiyələr komissiya üzvlərinin bilik və bacarıqlarını daha da təkmilləş­dirib. Həm də məntəqə seçki komissi­yasının üzvlərinə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səs­lərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulma­sı ilə əlaqədar bir daha tövsiyələr verilib. Bununla yanaşı, komissiya üzvləri bütün seçki günü prosedurlar barədə aydın və müfəssəl məlumatlar əldə ediblər. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfin­dən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqın­da protokol nümunəsi, eləcə də bir sıra digər zəruri metodiki vəsaitlər və əyani materiallar da təqdim olunub.

DSK sədri namizədlərə bərabər sə­viyyədə yer ayrıldığını da diqqətə çat­dırdı: “Namizədlər üçün əlverişli şərait yaradılıb. Bu da ədalətli və şəffaf seçkilə­rin keçiriləcəyindən xəbər verir. Seçki məntəqələrinin yaxınlığında və digər ərazilərdə quraşdırılmış dəmir lövhələrdə namizədlərin hər biri bərabər səviyyədə təşviqat plakatlarını asırlar. Onların seçi­cilərlə görüşləri Seçki Məcəlləsinin mad­dələrinə əsasən təşkil edilir. Ümumiyyət­lə, bütün seçkilərdə namizədlərə bərabər şərait yaradılıb. Prezident, parlament və bələdiyyə seçkilərində namizədliyini irəli sürənlərin heç birinə problem yaradılma­yıb. Bu seçikilərdə də elədir”. 

Söhbət zamanı məlum oldu ki, bütün seçki məntəqələri seçkinin keçirilməsi üçün lazım olan ləvazimatlarla təmin olu­nub. 12 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. Müşahidəçilərin qeydiyyat­dan keçməsi üçün heç bir problem yox­dur. Əksinə, müşahidəçilərin sayının çox olması üçün hər cür şərait yaradılıb. İn­diyədək 18 müşahidəçi seçki dairəsi üzrə, 600-ə yaxını isə seçki məntəqələrində qeydiyyatdan keçib. Seçki zamanı müşa­hidə aparacaq beynəlxalq müşahidəçilər də dairədə olublar. Seçicilər öz adlarını seçici siyahısından tapıb dəqiqləşdirmə aparırlar. Buna baxmayaraq, bildirişlər hər bir ünvana çatdırılıb. Əhalinin seç­kilərdə mütəşəkkil iştirakı üçün şəhərin müvafiq yerlərindən MSK tərəfindən ha­zırlanmış seçkiyə çağırış plakatları asılıb. 

Ş.Həsənova dedi ki, treninqlər başa çatsa da, hər gün komissiya üzvləri ilə söhbətlər aparılır. Seçkilərin şəffaf keçiril­məsi üçün tövsiyələr verilir. Əsas diqqəti, əsasən, seçki günü həyata keçiriləcək iş­lərə yönəldirik. Təlimlərdə məntəqə səd­rinin həmin gün üzvlərlə vəzifə bölgüsü aparması, daşınan və daşınmaz seçki qutularının kilidlənərək möhürlənməsi, aktlaşdırılması, korlanmış bülleten və və­siqələrin ləğv edilməsi barədə söhbətlər aparılır, bu qaydalar təkrar-təkrar izah edilir. Məlumdur ki, seçki günü müşahi­dəçilərlə yanaşı mətbuat işçiləri də seçki prosesini izləyə bilər. Komissiya üzvlərini bu proseslərə də hazırlamışıq. İnventar­ların, ultrabənövşəyi lampanın yoxla­nılması prosesini diqqətdə saxlamışıq. Bir sözlə, prezident seçkilərinin azad və ədalətli, şəffaf, demokratik şəkildə keçir­lməsi üçün bütün imkanlardan səmərəli istifadə edirik. Biz sübut edəcəyik Azər­baycan demokratik seçki keçirməyə qadir ölkədir.

 

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər