Beynəlxalq müşahidəçilər ölkədəki seçki mühiti barədə məlumatlandırılıb

post-img

Yanvarın 22-də Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası Katibliyinin rəhbərinin müavini, MDB PA yanında Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket və fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar MDB PA müşahidə missiyasının digər üzvləri ilə onlayn formatda görüşüb.

İvan Muşket MDB PA müşahidə mis­siyasının tərkibi və fəaliyyəti barədə mə­lumat verib, keçiriləcək seçkilərə hazırlıq prosesini öyrənmək məqsədilə bu cür gö­rüşlərin əhəmiyyətini vurğulayıb.

YAP Sədrinin müavini Yeni Azərbay­can Partiyasının seçkilərə hazırlıq işləri haqqında məlumat verib. O, hazırda seç­kiqabağı təşviqat kampaniyasının seçki qanunvericiliyi əsasında uğurla davam et­dirildiyini vurğulayaraq yerli və beynəlxalq müşahidəçilərə seçki prosesinin bütün mərhələlərini izləmək üçün zəruri şəraitin yaradıldığını bildirib. 

XQ

Son xəbərlər