“BİZ – Zəfər yoluna davam” soydaşlarımızı fəallığa çağırıb

post-img

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 7 fevral növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılmış “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun təşkilatçılığı ilə Avstriyada yaşayan soydaşlarımızın toplantısı keçirilib.

Ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında 20 Yanvar kimi fa­ciəvi, eyni zamanda, qürurlu tarixə malik Azərbaycan xalqının bu gün ərazi bü­tövlüyünü və suverenliyini tam bərqərar edərək, uğurlu gələcəyə doğru inamla irəlilədiyini bildirib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında Azər­baycan dövlətinin xaricdə yaşayan soy­daşlarımıza daim diqqət və qayğı göstər­diyini, problemlərinin həllinə çalışdığını diqqətə çatdırıb. 

Müstəqilliyimizin bərpasından son­ra bu il ilk dəfə işğaldan azad olunmuş ərazilərdə də seçki məntəqələrinin fəaliy­yət göstərəcəyini deyən komitə sədrinin müavini səsvermə hüququ olan Azərbay­can vətəndaşlarını prezident seçkilərində fəal iştiraka dəvət edib.

Təşəbbüs qrupunun üzvləri çıxış edərək soydaşlarımızı qarşıdan gələn növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə, dövlətimizin yanında olduqlarını, onun gələcəyinə biganə qal­madıqlarını ifadə etməyə çağırıblar. 

XQ

Son xəbərlər