Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 yanvar 2024-cü il tarixli 1 saylı müraciətə baxılması barədə 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mətləb Əzizulla oğlu Mütəllimli Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissi­yasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək na­mizədliyinin müdafiəsi üçün imza toplan­ması zamanı tərəfdarları olan şəxslərin müqavimətlə üzləşdiklərini, Sumqayıt və Gəncədə müxtəlif şəxslər tərəfindən imza vərəqələrinin götürüldüyünü və digər qa­nun pozuntularının baş verdiyini iddia et­mişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seç­ki Məcəlləsi) 112-ci və 112-1-ci maddələ­rinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və mü­raciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiya­sının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müra­ciətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olması ehtimalına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Bununla əlaqədar Seçki Məcəlləsinin 112-1.5-ci və 112-1.6.1-ci maddələrinə uyğun olaraq M.Ə.Mütəllimlinin müraciəti aidiyyəti üzrə araşdırılması üçün Azər­baycan Respublikasının Baş Prokurorlu­ğuna göndərilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarı­da göstərilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkə­zi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının po­zulması ilə əlaqədar şikayət və müra­ciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7-ci hissə­sinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mətləb Əzizulla oğlu Mütəllimlinin Mərkəzi Seç­ki Komissiyasına daxil olmuş 19 yanvar 2024-cü il tarixli 1 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Res­publikasının Baş Prokurorluğuna göndə­rilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüv-vəyə minir.

 

Sədr Məzahir PƏNAHOV

Katib Arifə MUXTAROVA

Katib Mikayıl RƏHİMOV

Son xəbərlər