Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 30 Bakı şəhəri, 19 yanvar 2024-cü il

Azərbaycan Milli Elmlər Akade­miyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, Arxeologi­ya, Etnoqrafiya və Antropologiya İnstitutunun adlarının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr ta­rixli 374 nömrəli Qərarı ilə təsdiq edil­miş “Azərbaycan Milli Elmlər Akade­miyasının strukturu”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Milli Elmlər Akademi­yasının: 

1.1. Abbasqulu Ağa Bakıxanov adı­na Tarix İnstitutu Abbasqulu Ağa Ba­kıxanov adına Tarix və Etnologiya İnsti­tutu adlandırılsın;

1.2. Arxeologiya, Etnoqrafiya və Ant­ropologiya İnstitutu Arxeologiya və Ant­ropologiya İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2022, № 9, maddə 1107) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akade­miyasının strukturu”nda 2.2-ci və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2. Abbasqulu Ağa Bakıxanov adı­na Tarix və Etnologiya İnstitutu;

2.3. Arxeologiya və Antropologiya İnstitutu;”.

3. Azərbaycan Milli Elmlər Akademi­yası bu Qərardan irəli gələn məsələləri həll etsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları