Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Seçki Mə­cəlləsinin (bundan sonra – Seçki Məcəllə­si) 77.2-ci maddəsinə görə prezidentliyə qeydə alınmış namizədlərə, namizədləri qeydə alınmış siyasi partiyalara verilişləri Azərbaycan Respublikası ərazisinin yarı­sına, yaxud yarısından çoxuna yayımla­nan ictimai teleradio verilişləri təşkilatları seçkiqabağı təşviqat aparmaq üçün şəra­it yaratmağa borcludurlar. 

Seçki Məcəlləsinin 80.4-cü mad­dəsinə əsasən seçkiqabağı təşviqat müddəti başlandıqdan sonra bir həftə müddətində, qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi parti­yaların verdikləri ərizə əsasında həmin Məcəllənin 80.7-ci maddəsinə uyğun ola­raq ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilir. 

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televizi­ya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtının prezidentliyə qey­də alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (bundan sonra – Mərkəzi Seçki Komissiyası) püş­katma komissiyası yaradılmalı, püşkat­manın yeri və vaxtı müəyyən edilməli, bu barədə məlumat rəsmi dərc olunmalı və maraqlı subyektlər məlumatlandırılmalı­dır. 

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci, 80.4-cü, 80.6-cı və 80.7-ci maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televizi­ya və Radio Yayımları Şirkətinin ayırdı­ğı ödənişsiz efir vaxtının prezidentliyə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasın­da bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Mərkəzi Seçki Komis­siyasında aşağıdakı tərkibdə püşkatma komissiyası yaradılsın: 

- Almas Qəhramanlı – Mərkəzi Seçki Komissiyasının üzvü; 

- Fuad Cavadov – Mərkəzi Seçki Ko­missiyasının üzvü; 

- Qabil Orucov – Mərkəzi Seçki Ko­missiyasının üzvü; 

- Şahin Əsədli – Mərkəzi Seçki Ko­missiyası Katibliyi Media və kommunika­siya şöbəsinin müdiri.

2. Püşkatma Mərkəzi Seçki Komissi­yasının inzibati binasında 2024-cü il yan­varın 15-i saat 14.00-da keçirilsin. 

3. Bu barədə məlumat rəsmi dərc edilsin və maraqlı subyektlər məlumat­landırılsın.

4. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir. 

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər