Vətəndaşların seçki maarifləndirməsi

post-img

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar maarifləndirmə çərçivəsində tədbirlər davam edir. Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən tədbirin əsas məqəsdi maarifləndirmə olub. Tədbirdə hər iki qurumun əməkdaşları, həmçinin media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin demokratiyanın əsas meyarı və hər bir vətəndaşın bu prosesə məsuliyyətlə yanaşmalı oldu­ğunu, seçki proseslərində kütləvi in­formasiya vasitələrinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. O, MSK tərəfindən müvafiq dövlət qurumları ilə birgə seçki qanunvericiliyinin və təcrü­bəsinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər barəsində geniş mə­lumat verib.

Ombudsman Səbinə Əliyeva MSK ilə birgə paytaxt və regionları əhatə edərək həyata keçiriləcək maarifləndir­mə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə həyata keçirildiyini, seçki hüquqlarının, seçki prosedurlarının, üzərimizə düşən vəzifələrin daha ay­dın izah olunması məqsədini daşıdığını vurğulayıb.

Ombudsman, həmçinin qeyd edib ki, hər bir xalqın öz iradəsini ifadə et­məsinin ən mühüm forması dövlət ha­kimiyyəti orqanlarına demokratik və azad seçkilər yolu ilə öz münasibətini bildirməsidir və bu proses xalqımızın və demokratik hüquqi dövlət olan dövləti­mizin həyatında da mühüm əhəmiyyət kəsb edir. S.Əliyeva, habelə dövlət haki­miyyəti və yerli özünüidarəetmə orqan­larının məhz demokratik və ədalətli seçkilər vasitəsilə formalaşdırıldığını da diqqətə çatdırıb. Bildirilib ki, ombu­dsman təsisatı seçki hüquqları da daxil olmaqla, vətəndaş və siyasi hüquqla­rın daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlər görür, ölkəmizdə seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlayır, vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyəti öyrənir, elə­cə də Mərkəzi Seçki Komissiyası ilə bir­gə silsilə maarifləndirmə tədbirləri təşkil edir.

S.Əliyeva seçki hüququnun daha səmərəli təmini məqsədilə hər bir kəsin, o cümlədən, əlilliyi olan şəxslərin fərdi şəkildə müstəqil səs verməsi və iradə­sinin ifadə etməsi, vətəndaşlara öz se­çimini etmək üçün şəraitin yaradılma­sı, gözdən əlilliyi olan seçicilərin Brayl əlifbası ilə yazılmış trafaretlər-seçki bülletenləri vasitəsilə səs vermələrinə yaradılmış imkanların genişləndirilmə­sinin xüsusi önəm daşıdığını diqqətə çatdırıb. O, eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə bütün videoçarxların alt ya­zılı hazırlanması təcrübəsinin davam etdirilməsini, maarifləndirmə məqsədilə mövzu ilə bağlı daha çox videoçarxla­rın çəkilməsini seçki hüququnun təmini baxımından zəruri olduğunu bildirib.

Sonra MSK-nın katibi Mikayıl Rə­himov “Növbədənkənar prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər” mövzusunda seçkilər ərəfəsində MSK tərəfindən görülən işlər və həyata keçi­riləcək tədbirlər barədə geniş məlumat verib.

“Müşahidəçilik institutunun əhəmiy­yəti və Ombudsmanın bu prosesdə rolu” barəsində danışan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı seç­ki prosesi zamanı müşahidəçilik insti­tutunun tətbiqinin əhəmiyyətinin, onun seçki prosesində aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini bildirib. O, eyni zamanda, müşahidə­çilik institutunun seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmini sahəsində yarana biləcək çatışmaz­lıqların müəyyən edilməsi ilə yanaşı, siyasi proseslərdə vətəndaş iştirakçılı­ğının artırılmasına və seçki prosesinin konkret ölkənin qanunvericiliyinə, bey­nəlxalq standartlara uyğun keçirilmə­sini qiymətləndirməyə imkan verdiyini vurğulayıb.

A.Səfixanlı daha sonra Ombuds­man təsisatının müşahidəçilik təcrübəsi barədə məlumat verib.

XQ

Son xəbərlər