Azərbaycan – Bolqarıstan: əməkdaşlığın perspektivləri müzakirə olunub

post-img

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Baş nazirinin müavini və Xarici İşlər naziri Mariya Qabriel arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycanla Bolqa­rıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibət­lərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivə­sində əməkdaşlığın hazırkı vəziyyəti və perspek­tivləri müzakirə edilib, əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.

Ötən il həyata keçirilmiş yüksək səviyyəli səfərlərin, dekabr ayında xarici işlər nazirliklə­ri arasında siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərə müsbət töhfə verdiyi vurğulanıb. Energetika sahəsində səmərəli əməkdaşlığın, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi­nin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti qeyd olu­nub.

XQ

Son xəbərlər