Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Mil­li Məclisinin deputatı Kamal Xaqani oğlu Cəfərov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) məş­vərətçi səs hüquqlu üzv təyin edilmiş və həmin şəxsin üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Mərkəzi Seçki Ko­missiyasına təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Mə­cəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, hə­min şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir. 

Mərkəzi Seçki Komissiyası yuxarı­da qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 21-ci, 28.2-ci, 28.4-cü və 182.4-cü maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkilərində Kamal Xaqani oğlu Cəfərov Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiya­sında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin. 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

 

Sədr Məzahir PƏNAHOV

Katib Arifə MUXTAROVA

Katib Mikayıl RƏHİMOV

Son xəbərlər