“2023-cü il – iztirablar, zorakılıq və iqlim xaosu”

post-img

BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı günü 2024-cü ildən nələri gözlədiyini dilə gətirib və qlobal miqyasda etimadı bərpa etmək üçün birliyə ça­ğırıb.

Baş katib deyib: "2023-cü il yaddaşlar­da böyük iztirablar, zorakılıq və iqlim xao­su ilə qalacaq. Bəşəriyyət ağrılar içindədir. Planetimiz təhlükədədir. 2023-cü il rekord səviyyədə ən isti il oldu".

“İnsanlar artan yoxsulluq və aclıqdan əziyyət çəkir”, – deyən Quterreş müha­ribələrin sayının və zorakılıq hallarının artdığını və gələcəyə inamın azaldığını əlavə edib. O vurğulayıb: “Ancaq öz ina­dını yeritmək və silahlardan istifadə etmək bizi heç bir yerə aparmır. Biz birlikdə oldu­ğumuz zaman bəşəriyyət daha güclüdür. 2024-cü il etimadın və ümidin bərpası ili olmalıdır. Biz iqlim fəaliyyətində ortaq həllər üçün fikir ayrılıqlarının öhdəsindən gəlməliyik. İqtisadi fürsətlərdən istifadə etmək və daha ədalətli olmaq, hamı üçün təminat verən qlobal maliyyə sistemini ya­ratmaq əsas vəzifələrdir”.

BMT-nin rəhbəri bildirib ki, dünya ic­timaiyyəti ölkələr və icmalar arasında münasibətləri zəhərləyən ayrı-seçkilik və nifrətə qarşı çıxmalıdır, habelə süni intel­lekt kimi yeni texnologiyalar xeyirxahlıq üçün istifadə edilməlidir. 

XQ

Son xəbərlər