“Rəngli inqilablar” serialının Serbiya variantı?

post-img

Belqrad Qərbin məkrli planlarını qətiyyətlə pozur 

Məlum olduğu kimi, dekabrın 17-də Serbiyada növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilib. Ölkə Prezidenti Aleksandar Vuçiçin lideri olduğu Serb Tərəqqi Partiyası seçkilərdə növbəti dəfə parlaq qələbə qazanıb. 

Bir çox nüfuzlu seçki texnoloqları eti­raf edirlər ki, Serbiyadakı son seçkilərdə iqtidarın uğuru, ilk növbədə, A.Vuçiçin bir siyasətçi kimi qətiyyəti və xarizması sayəsində mümkün olub. Belə ki, o, 44 günlük seçkiqabağı kampaniya ərzində ölkənin təkcə milli televiziya kanallarında 45 dəfə çıxış edib və seçiciləri rəhbəri ol­duğu partiyanın ali məramının xalqın və dövlətin maraqlarına xidtmət etmək oldu­ğuna inandıra bilib. 

Qeyd edək ki, A.Vuçiçin partiyası ilə kəskin rəqabət aparan siyasi blok “Ser­biya zorakılığa qarşı” adlanır. Bu, liberal, sosial-demokrat və ekoloji partiyaların koalisiyasıdır. Təəssüf ki, Serbiya müxa­lifəti son seçkilərin nəticələrini qəbul etməyərək, əhalini kütləvi etirazlara ça­ğırıb. Etiraz aksiyaları zamanı iğtişaşlar törədənlər saxlanılıblar. Bu hadisələr ölkənin ictimai-siyasi həyatında xeyli gər­ginlik yaradıb. 

Dünən “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarları Belq­radda Respublika Seçki Komissiyasının qarşısında növbəti etiraz aksiyası keçi­riblər. Sonra nümayişçilər şəhər boyu yü­rüş təşkil ediblər. 

TASS xəbər verir ki, 400-ə yaxın eti­razçı Serbiya Radio və Televiziyasının bi­nasına tərəf gedib. Nümayişçilər şəhərin küçələri ilə yürüş edərək iğtişaşlara görə saxlanılanların hamısının azad edilməsi üçün çağırışlar ediblər. Bundan başqa, “Mübarizə” tələbə təşkilatının tərəfdarları dekabrın 29-da axşam saatlarında Bel-qradın mərkəzində 24 saat etiraz aksiya­sına start veriblər. Tələbələr şəhərin əsas magistrallarını bağlamağa cəhd ediblər. Lakin polis ictimai asayişin pozulmasına imkan verməyib. 

Serbiya Radikal Partiyasının lideri Voislav Şeşel deyib ki, ölkədəki etiraz­ların arxasında, ilk növbədə, Almaniya, eləcə də ABŞ və Fransanın xüsusi xid­mət orqanları dayanır. O qeyd edib ki, Serbiya hakimiyyəti güc tətbiq etməli olub, lakin bunu vaxtında etmək lazım idi: “Siz şəhərin mərkəzində istədiyiniz qədər etiraz edə bilərsiniz, lakin həyati əhəmiy­yətli nəqliyyat qovşaqlarını təhlükə altı­na almaq olmaz. Bu halda güc tətbiqinə haqq qazandırmaq olar”. 

V.Şeşel ölkədə daxili siyasi vəziyyəti şərh edərkən deyib ki, Serbiyada sabit­liyi pozmağa cəhd etməkdə Qərbin əsas məqsədi Prezident Aleksandar Vuçiçə təzyiq göstərməkdir. 

Qeyd edək ki, Serbiyanın hazırkı iq­tidarı Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxır. Avropa İttifaqı (Aİ) və ABŞ daim təkrar edir ki, Belqrad öz xarici siyasətini Aİ rəhbərliyi ilə razı­laşdırmalı və Rusiyaya qarşı sanksiya­lara qoşulmalıdır. Bundan əlavə, Çinin Serbiyada artan investisiyaları da Aİ-ni narazı salır. 

Mübariz MƏMMƏDLİ, 
siyasi şərhçi

– Serbiyadakı iğtişaşlar Qər­bin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı “rəngli inqilab” ssenarisidir. Təsadüfi deyil ki, Pre­zident Vuçiç deyib ki, bir çoxları Belqradın anti-Rusiya sanksiya­larına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışır, lakin Belqrad bundan son­ra da müstəqil siyasət yürütməyə davam edəcək. 

Qərb istəyir ki, Serbiyanın əv­vəllər olduğu kimi, siyasi iradə­si olmayan adi bir oyuncaq kimi idarə etsin, hökuməti və nazirləri seçə bilsin, Rusiyaya qarşı sanksi­yalar tətbiq etsin. A.Vuçiç iqtidarı isə bu təzyiqlərə baş əymir. 

Qərb, həmçinin Serbiyanı Ko­sovonun müstəqilliyini tanımağa məcbur etmək istəyir. Ötən il ok-tyabrda Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonu tanımağa çağırmışdılar. 

Eyni siyasəti vaxtilə Ukrayna­da həyata keçiriblər və hazırda bu ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz üzə qoyublar

Yeri gəlmişkən, Qərb “rəngli inqilab” texnologiyasını ilk dəfə elə Serbiyada sınaqdan çıxarıb. 2000-ci ildə Slobodan Miloşevi­çi hakimiyyətdən uzaqlaşdırıblar. İndi yenidən eyni ssenari işə dü­şür. Görünən budur ki, Belqrad qətiyyətlə Qərbin planlarını pozur. 

M.HACIXANLI
XQ



Siyasət