BDU-da yubiley konfransı

post-img

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illiyi və DOST Agentliyinin yaradılmasının 5 illiyinə həsr olunan “Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması” mövzusunda elmi-praktiki konfrans keçirilib. 

Məclisdə ümummilli lider Heydər Əli­yevin uğurlu sosial siyasət strategiyasının ötən dövrdə Prezident İlham Əliyev tərə­findən yüksək səviyyədə davam və inkişaf etdirildiyi bildirib. 

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, konfransda hüquq, sosiologiya, iqtisad elmləri və digər sahələr üzrə mə­ruzələr səslənəcək. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev sosial sahədə müasir dövlət xidmət­lərinin təşkili, “bir pəncərə” konsepsiyası, sosial xidmətlərin xəritələnməsi, xidmətlə­rin rəqəmsal platformaya daşınması və s. məsələlər...

Milli Məclisin İnsan hüquqları komitə­sinin sədri Zahid Oruc, Bakı Slavyan Uni­versitetinin rektoru Anar Nağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məm­mədov və BDU-nun əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyev mövzu ilə bağlı mülahizələrini söy­ləyiblər.

Konfransda Ümummilli liderin Azər­baycana sosial sahədə misilsiz xidmətlə­rindən söhbət açılıb, DOST Agentliyinin fəaliyyətinə dair videoçarxlar nümayiş olunub. Sonra DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov quru­mun fəaliyyətinə dair təqdimatla çıxış edib.

Konfrans spikerlərin çıxışları ilə da­vam edib. Tədbirdə iştirakçılara sertifikat­lar təqdim edilib.

Sonda əlilliyi olan tələbə və gənclərin çıxışları dinlənilib, “DanceAbility Azər­baycan” inklüziv rəqs qrupu çıxış edib, əlilliyi olan şəxslərin uğur hekayələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Z.HÜSEYNOVA
XQ



Son xəbərlər