Prokurorluq və Ulu öndərin dövlət quruculuğu təlimi

post-img

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, dekabrın 22-də Abşeronda “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ümum­milli lider Heydər Əliyevin Abşeron ra­yonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

İştirakçılar Abşeron rayon Heydər Əliyev Mərkəzinin muzey hissəsində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olub.

Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlə­rimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olu­nub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Tural Aslanov müasir Azərbay­can dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi in­kişafın və hərtərəfli tərəqqinin əldə olun­masındakı rolundan bəhs edib.

Ulu öndər Heydər Əliyevin müasir dövlət quruculuğu siyasəti barədə danışan Tural Aslanov uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdi­rildiyini qeyd edib.

Konfransda, həmçinin Abşeron rayon prokuroru Qabil Qasımov, Milli Məclisin deputatı Hikmət Məmmədov, Müdafiə Na­zirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış ediblər.

Daha sonra dövlət qurumları ilə qey­ri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlı­ğın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi nümayiş etdirilib.

Son xəbərlər