Daşkənddə beynəlxalq Nizami konfransı

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə “Nizami Gəncəvi yaradıcılığında türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib.

İştirakçılar mərkəzin foyesində təşkil olunan “Nizami Gəncəvidən başlanan Şərq intibahı” adlı kitab sərgisi ilə tanış olublar. Sərgidə Mədəniyyət Mərkəzinin özbək dilində nəşr etdiyi kitablar da yer alıb. 

AMM-nin direktoru Samir Abbasov Nizami Gəncəvi yaradıcılığının Azərbay­can və Türk dünyası mədəniyyəti, ədə­biyyatının qüruru olduğunu vurğulayaraq, dövlətimizin dahi mütəfəkkirin irsinin öy­rənilməsi, onun əsərlərinin tədqiqi, nəşri və təbliğini diqqət mərkəzində saxladığını bildirib. 

DDPU-nin rektoru, professor Ab­duqaffor Qırğızbayev böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının Türk dünyası ilə yanaşı, bütün Şərq aləminə böyük təsir göstərdiyindən və bu təsirin ədəbiyyatla yanaşı, mədəniyyət, musiqi, fəlsəfi təfəkkürdə də biruzə verməsindən söz açıb. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Univer­sitetinin kafedra müdiri, professor Nurbay Cabbarov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Erkin Nuriddinov Nizami Gən­cəvi yaradıcılığından Türk dünyasının bö­yük sənətkarları Əlişir Nəvai, Məhəmməd Füzuli və digər şairlərin bəhrələndiyini söyləyib. 

Türkiyəli alim, doktor Fikri Aydemir, azərbaycanlı alimlərdən dosent Əzizağa Nəcəfov, filologiya üzrə fəlsəfə dokto­ru Tünzalə Seyfullayeva, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, öz­bəkistanlı alimlərdən dosent Salimaxon Eşanova, dosent Mahbuba Orazbayeva Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətindəyeni araşdırmalardan söz açıblar, maraqlı təkliflər səsləndiriblər. 

Konfransda Türk dünyası nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizamişü­naslıq elmi tədqiqatlar cəmiyyəti” təsis olu­nub, bu qurumun gələcək fəaliyyət strate­giyası müzakirə edilərək qəbul olunub.

Son xəbərlər