Azərbaycan – Türkiyə Birgə Komissiyasının 3-cü iclası

post-img

Dekabrın 21-də İstanbulda keçirilən Azərbaycan–Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclasında turizm sahəsində prioritet əməkdaşlıq məsələləri, turizm təlimləri, biznesin inkişafı və turizm infrastrukturuna investisiyalar və turizm məhsulları, həmçinin növbəti dövr üzrə Birgə Fəaliyyət proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.

İclas çərçivəsində turizm sektorun­da insan resurslarının inkişafı, turizm və rekreasiya zonalarının yaradılması, inf­rastruktur layihələrinin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi, beynəlxalq plat­formalarda birgə təqdimatların keçirilməsi və digər mövzular ətrafında fikir müba­diləsi aparılıb.

Tədbir zamanı Azərbaycan Tu­rizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş keçirilib.

Sonda 2023-cü il üzrə Birgə Fəaliy­yət Planı çərçivəsində həyata keçirilmiş məsələlər qiymətləndirilib və 2024-cü il üçün yeni Birgə Fəaliyyət Planı hazır­lanıb. İşçi qrupunun növbəti görüşünün 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

XQ

Son xəbərlər