Diplomatiya könüllüləri AZƏRTAC-da

post-img

Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə nazirliyin nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri üçün ənənəvi olaraq “Diplomatiya həftəsi” layihəsi həyata keçirilir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Diplomatiya həftəsi” çərçivəsində layihə iştirakçıları dekabrın 21-də Azərbaycan Dövlət İnformasiya Agentliyində olublar.

Diplomatiya könüllüləri əvvəl­cə Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xa­nım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotolara baxıblar. 

İştirakçılar AZƏRTAC-ın şəhid jur­nalisti Məhərrəm İbrahimovun xatirə guşəsi ilə tanış olublar. 

Tələbələrlə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev müasir Azərbaycan mətbuatının inki­şafında və formalaşmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. 

Sonra tələbələrə AZƏRTAC-ın fəa­liyyət istiqamətləri barədə məlumat ve­rilib.

XQ

Son xəbərlər