FHN Naxçıvanda Ulu öndərin yubileyini qeyd edib

post-img

Dünən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən təntənəli toplantı keçirilib. 

Mərasimdə Naxçıvan Muxtar Res­publikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləd­din Heydərov, YAP Naxçıvan şəhər təş­kilatının sədri Elman Cəfərli və nazirliyin əməkdaşları iştirak ediblər.

Heydər Əliyev Sarayında keçirilən yuniley məclisində nazirlikdə hazır­lanmış “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” filmi nümayiş olunub. Sonra səlahiyyətli nümayəndə Fuad Nəcəfli iştirakçıları salamlayıb, Fövqə­ladə Hallar Nazirliyinin Heydər Əliyevi xalqımıza bəxş etmiş bir şəhərdə keçir­diyi toplantının Ulu öndərin xatirəsinə ümumxalq ehtiramının daha bir göstə­ricisi olduğunu söyləyib.

O bildirib ki, ulu öndər Heydər Əliyev ömrünü xalqına və Vətəninə həsr edib, Azərbaycanın müstəqil­liyinin və dövlətçiliyinin əsasını qo­yub. İstər Sovetlər Birliyi, istərsə də müstəqillik dövründə Ümummilli liderin ömür yolu, bütövlükdə, Azərbaycana xidmətdə keçib. 1990–1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən Ümummilli lider müstəqil dövlətçiliyi­mizin əsaslarını burada formalaşdırıb. Heydər Əliyev ölkəmizi müstəqilliyin ilk illərində düşdüyü ağır siyasi, iqtisadi və sosial böhran vəziyyətindən çıxara­raq dövlətçiliyimizi və müstəqilliyimizi qoruyub. 

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, 1993–2003-cü illərdə dahi şəxsiyyətin rəhbərliyi ilə torpaqlarımı­zın işğalının qarşısı alınıb, sosial-iqtisa­di inkişaf strategiyasının əsası qoyulub, ordu quruculuğuna başlanılıb, vətən­daş həmrəyliyi təmin olunub. Ölkəmiz­də mütərəqqi dövlət idarəçiliyi sistemi formalaşdırılıb, əhalinin rifahı yüksəldi­lib. Milli həmrəylik və bütövlüyü ehtiva edən azərbaycançılıq məfkurəsi dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi kimi milli ideologiyamızı forma­laşdırıb, ölkəmizdə davamlı sabitliyə nail olunub.

Fövqəladə hallar naziri, general-pol­kovnik Kəmaləddin Heydərov xalqımı­zın böyük oğlu ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danı­şıb: “Ulu öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir. Onun qurub yaratdıqları, müdrik ideya­ları, müqəddəs irsi təkcə dünənimiz və bu günümüz üçün deyil, eyni zamanda, gələcəyimiz üçün də əvəzsizdir”.

Heydər Əliyevin ölkəyə rəhbərlik et­diyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazı­lıb. Bu illər ərzində ictimai-siyasi sabit­lik və təhlükəsizlik təmin olunub, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, genişmiqyaslı islahatlar həyata keçiri­lib, ölkəyə xarici sərmayələr cəlb edilib və ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm, zəngin siyasi təc­rübə, möhkəm iradə və ən əsası, həd­siz Vətən sevgisi sayəsində reallaşdır­dığı nəhəng işlər Azərbaycan tarixinə silinməz qızıl hərflərlə yazılıb.

Nazir daha sonra qeyd edib ki, Ulu öndərin müqəddəs yolunu uğurla da­vam etdirən, ata vəsiyyətini şərəflə ye­rinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində qazanılan tarixi Zəfərin davamı olaraq “Heydər Əliyev İli”ndə lokal antiterror tədbirləri ilə ölkə ərazisində dövlət suverenliyimizi tam bərpa etdi.

Sonda nazir Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazir­liyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respub­likamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.

Tədbirdə digər çıxış edənlər ulu ön­dər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən da­nışıb, müasir Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu if­tixar hissi ilə dilə gətiriblər. Tədbir bədii hissə ilə davam edib.

XQ





Son xəbərlər