AzQAC İlham Əliyevin namizədliyini dəstəklədi

post-img

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dekabrın 21-də keçirilən növbədənkənar XXVI Baş Məclisinin iştirakçıları gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediblər.

“...Azərbaycan Qızıl Aypara Cəmiy­yətinin 350 min üzvü və 25 minə yaxın könüllüsü var. Onların hamısının yekdil mövqeyi belədir ki, Azərbaycan əldə et­diyi bu möhtəşəm uğurları davam etdir­məli, möhkəmləndirməlidir. Biz bu dəfə də Prezidentliyə na­mizəd, Azərbaycan Qızıl Aypa­ra Cəmiyyətinin fəxri üzvü olan İlham Əliyevi müdafiə edirik, onunla bir yerdə olduğumuzu elan edirik. Azərbaycan aypa­raçıları 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərində hər bir vətəndaşı fəal iştirak etməyə və məhz İlham Əliyevə səs ver­məyə çağırır.

Biz öz seçimimizi etdik! Azərbaycanı qələbədən-qələ­bəyə aparan milli lider – İlham Əliyev bu seçkilərin qalibi olmağa hamı­dan çox layiqdir, bu, onun tam haqqıdır!”, – deyə bəyanatda bildirilir.

XQ

Son xəbərlər