MSK-nın iclasında daha altı nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

post-img

Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2023-cü il 16 dekabr tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə tə­yin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliklərin irəli sürülməsi ilə əlaqə­dar məsələlərə baxılıb. Namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın, namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin, namizədliyi Böyük Azər­baycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiya­sı tərəfindən irəli sürülmüş Qüdrət Müzəf­fər oğlu Həsənquliyevin və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sü­rülmüş Razi Qulaməli oğlu Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq edi­lib.

Komissiya prezidentliyə namizədlə­rinin irəli sürülməsi təsdiq olunan siyasi partiyalar, o cümlədən öz təşəbbüsləri ilə namizədliklərinin irəli sürülməsi təsdiq edilən şəxslər tərəfindən təqdim olunan səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayən­dələri də qeydə alıb.

Beynəlxalq təşkilat və xarici ölkə dip­lomatik korpus nümayəndələrinin, media qurumları təmsilçilərinin iştirak etdiyi ic­lasda, həmçinin cari məsələlərə baxılıb. 

XQ

Son xəbərlər