MSK-da DSK sədrləri üçün müşavirə

post-img

Dekabrın 20-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komis­siyalarının sədrləri üçün müşavirə keçirilib.

Açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pə­nahov iştirakçıları salamlayaraq dövlə­timizin başçısının sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramının MSK tərəfindən reallaşdırılan bütün maariflən­dirmə layihələrinin əsas hüquqi bazasını təşkil etdiyini bildirib. 

Növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün ölkə üzrə bütün dairə və məntəqə seçki komissi­yalarının geniş imkanlar və əlverişli şəra­itlə təmin olunduğunu deyən MSK sədri seçkilərə hazırlıqla bağlı görülən işlər və atılan addımlar, habelə nəzərdə tutulan irimiqyaslı layihələr barədə ətraflı məlu­mat verib. 

O bildirib ki, Prezident seçkilərinin fevralın 7-nə təyin olunması ilə bağlı Sərəncama əsasən, Mərkəzi Seçki Ko­missiyasına seçkilərin hazırlanıb keçi­rilməsinin təmin olunması həvalə edilib. Ölkədəki seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilir. Həm­çinin seçkilər beynəlxalq təcrübələri öy­rənərək daha da təkmilləşdirilir.

Məzahir Pənahov deyib: “Müşavirə seçki komissiyalarının sədrlərinin maarif­ləndirilməsi məqsədi daşıyır. Artıq uzun illərdir ki, bu cür tədbirlər həyata keçiri­rik”. 

O əlavə edib ki, Seçki Məcəlləsinin tələblərinə görə, beynəlxalq müşahidə­çiləri dəvət etmək üçün Azərbaycanda üç səlahiyyətli qurum var. Bunlar Milli Məc­lis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır: “Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyət­lərini, XİN beynəlxalq təşkilatları dəvət edir. Seçki ilə bağlı əməkdaşlıq etdiyimiz qurumları isə Mərkəzi Seçki Komissiyası dəvət edir”.

MSK sədri vurğulayıb ki, artıq bey­nəlxalq müşahidəçilərə dəvətlər gön­dərilib: “Buna görə də bizim beynəlxalq müşahidəçilik baxımından heç bir prob­lemimiz olmayacaq. Prezident seçkilərin­də səsvermə prosesini müşahidə etmək üçün beynəlxalq təşkilatların nümayən­dələrinə də dəvət göndərilir”.

Məzahir Pənahov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək: “Hər məntəqəyə orta hesabla təxminən 800-900 nəfər seçici düşür. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdəki siyahılar dəqiqləşdiriləcək. Seçkilərin şəffaf keçirilməsi üçün bütün digər vasitələrlə yanaşı, veb-kameralar­dan da istifadə olunacaq. Bu məqsəd­lə bütün ölkə coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində veb-kamera­lar quraşdırılması nəzərdə tutulur. Azər­baycanın istənilən vətəndaşı hər hansı bir səbəbdən aid olduğu seçki məntəqə­sindəki siyahıya daxil edilməyibsə, MSK-ya müraciət edə bilər. Eyni zamanda, xa­rici ölkələrdə yaşayan vətəndaşların səs verməsi üçün konsulluqlara və səfirliklərə göstərişlər verilib”.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təş­kilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, bu gün Azərbaycan seçki qanunvericiliyinə, demokratikliyinə, şəffaflığına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir: “Ölkəmizdə indiyə­dək prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsi bizə imkan ve­rir ki, bu məsələni daha da irəliyə apa­raq. Prezident İlham Əliyev bütün seçki məntəqələrində yerli və icra hakimiyyəti orqanlarına, ümumilikdə bütün aidiyyə­ti qurumlara qanunvericiliyə ciddi riayət olunması, seçki prosesinin demokratik və şəffaf şəkildə keçirilməsi, heç bir qa­nun pozuntusuna yol verilməməsi barə­də tapşırıqlar verib. Ölkəmizdə seçkilərin hər dəfə şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oy­nayıb”.

O bildirib ki, müşavirə qarşıdan gələn seçkilərin ən yüksək səviyyədə keçiril­məsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından önəmlidir: “Azər­baycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfin­dən də yüksək qiymətləndirilir. Əldə olu­nan bu nailiyyətlərdə yerlərdə seçkilərin keçirilməsinə məsul olan şəxslərin əməyi çox böyükdür. Ölkəmizdə vətəndaş həm­rəyliyi mövcuddur. Buna görə də Azər­baycan dünyada nümunəvi ölkələrdən biridir”.

Prezidentin köməkçisi əlavə edib ki, bütün dünya işğaldan azad olunmuş əra­zilərə insanların qayıdışını heyranlıqla izləyir. Artıq bugünədək keçmiş məcburi köçkünlər 5 yaşayış məntəqəsinə köçürü­lüb. Eyni zamanda, 20 mindən çox insan abadlıq-quruculuq işlərinə cəlb edilib. O bildirib ki, 2026-cı ilə qədər 35 minə yaxın ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi planlaşdırılır. Seçki dairə və məntəqələrinin yerini göstərən işarə və lövhələrin qurulması işləri də başa çatdı­rılacaq. Seçici siyahılarının hazırlanması seçkinin ən yüksək səviyyədə keçirilməsi üçün ən vacib şərtlərdən biridir. Məsələ­nin xüsusi əhəmiyyətini nəzərə alaraq qeyd etmək istərdim ki, hər zaman bey­nəlxalq müşahidəçilər seçici siyahıları­nın tam olmaması barədə öz etirazlarını bildirirdilər. Lakin Azərbaycanda kiminsə seçki hüququnun pozulması ilə bağlı bir dənə də nümunə yoxdur. 

2022-2023-cü illər ərzində ölkə ərazi­sində yerli icra hakimiyyətləri tərəfindən 2,4 milyon ev təsərrüfatına baxış keçirilib və məlumatları təhlil edilib. Qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi işi aparılıb. Ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ­na malik şəxslərin sayı 1 milyon 143 min 620 nəfər və ya 22,1 faiz artıb. 2023-cü il dekabrın 9-na olan göstəricilərə əsasən 6 milyon 324 min 556 nəfər olub. Seçi­ci sayının artması bir sıra daxili və xarici miqrasiya ilə əlaqələndirilir.

Prezidentin köməkçisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə kö­çürülən əhalinin səsverməsi də diqqət mərkəzindədir. Orada səsvermə olacaq binalar müəyyən edilib. 

Konstitusiya Məhkəməsinin sədri Fər­had Abdullayev bildirib ki, müşavirələrin təşkili şəffaf və demokratik seçkilərin keçirilməsi işinə töhfə verir: “Əlbəttə, bu da şəffaflığın, ədalətin təmin olunması, qanunvericiliyin qorunması məqsədi da­şıyır. Müasir Azərbaycanda seçkilərin, onun mahiyyətinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. 

Ədliyyə nazirinin müavini Toğrul Mu­sayev vurğulayıb ki, seçki prosesi cə­zaçəkmə müəssisələrində və istintaq təcridxanalarında da keçiriləcək. Səsver­mə günü seçki komissiyalarının üzvləri penitensiar müəssisələrin ərazilərində sərbəst hərəkət edə bilirlər. 

O bildirib ki, müvafiq məlumatları yox­lamaq üçün Mərkəzi Seçki Komissiyası­nın qərarı ilə ekspertlərdən ibarət işçi qrupları yaradıla bilər. Seçkilərlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti­nin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçəcək. Seçkilərin koordinasiya edilmə­si, prosesə nəzarətin həyata keçirilməsi, operativ tədbirlərin görülməsi məqsədilə Xüsusi Qərargah yaradılıb.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib ki, Azərbaycan xalqı su­verenliyini tam bərpa etdikdən sonra ilk dəfə seçkilərə hazırlaşır: “Növbədənkə­nar prezident seçkiləri Azərbaycanın si­yasi tarixində mühüm yer tutacaq”. Əli Hüseynli qeyd edib ki, Ulu öndər Heydər Əliyevin qarşımıza hədəf olaraq qoyduğu seçki konfiqurasiyası, onun maddi-texniki bazası özünü doğruldub.

Daxili işlər nazirinin müavini İsmət Əliyev bildirib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı Daxili İşlər Nazirliyində müvafiq tədbirlərə başlanı­lıb. Prezident seçkilərinin qanunverici­liyə uyğun təhlükəsiz şəraitdə keçirilmə­si, ictimai asayişin qorunmasının təşkili məqsədilə nazirlik müvafiq tədbirlər planı hazırlayıb.

Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib ki, seçki qanunverici­liyinin tələblərinin pozulmasına yol ver­miş şəxslər Baş Prokurorluq tərəfindən məsuliyyətə cəlb ediləcək. O bildirib ki, prokurorluq orqanları qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq ekspert qrupları ilə qarşılıqlı fəa­liyyət həyata keçirəcək. Növbədənkənar prezident seçkiləri Azərbaycan Respubli­kasında demokratik mühitin daha da inki­şaf etməsinə təsir göstərəcək.

Elçin Məmmədov bildirib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri əvvəl­kilər kimi şəffaf şəkildə təşkil olunacaq. 

Onun sözlərinə görə, 2018-ci ildə ke­çirilən prezident seçkilərində qanunveri­ciliyin tələblərinin pozulmasına yol veril­məsi ilə bağlı məlumat daxil olmayıb.

Müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb. 

Qeyd edək ki, Mərkəzi Seçki Komis­siyası Seçki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edil­miş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən 2024-cüil fevralın 7-nə təyin edilmiş növbədənkə­nar Azərbaycan Respublikası Preziden­ti seçkilərində seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsaylı la­yihələri əhatə edən genişmiqyaslı maarif­ləndirmə proqramına start verib.

Seçki sistemi və praktikasının tək­milləşdirilməsi, seçicilərin məlumatlan­dırılması, seçki iştirakçılarının maarif­ləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, ba­carıq və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının dekabrın 16-da keçirilən iclasında fərqli istiqamətlər üzrə əhatəli maarifləndirmə layihələrinin gerçəkləşdirilməsi barədə müvafiq qərar qəbul edilib.

XQ



Son xəbərlər