Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 20-ci yubiley iclası

post-img

Dekabrın 8-də Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyanın 20-ci yubiley iclası keçirilib.

İclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin həmsədrlik ediblər.

Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsindən bəhs edərək, hər iki ölkənin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Milli Məclis sədrinin birinci müavini komissiyanın ötən iclasından sonrakı dövr ərzində regiondakı vəziyyət barədə qısa məlumat verib. O, cari ildə Azərbaycanın həyata keçirdiyi uğurlu lokal antiterror tədbirlərinin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü maddəsinə tam uyğun olduğunu, nəticədə, ölkəmizin bütün ərazisində suverenliyin tam bərpa edildiyini bildirib.

Azərbaycanın Rusiya üçün dost və strateji tərəfdaş ölkə olduğunu vurğulayan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin hazırda ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. O, əməkdaşlıq əlaqələrinin davam etdirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edib, münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra gündəlikdə olan məsələlərə dair məruzələr dinlənilib.

XQ

 

Son xəbərlər