Prezident Administrasiyasında Böyük Britaniya naziri ilə görüş

post-img

Dekabrın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Böyük Bri­taniya arasında qurulan möhkəm dost­luq münasibətlərindən və çoxşaxəli əməkdaşlığın səviyyəsindən məmnun­luq ifadə edilib. Neft-qaz, ticarət, yaşıl enerjiyə keçid, nəqliyyat, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Samir Nuriyev Ermənistanın hər­bi işğalı dövründə Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyü və su­verenliyinə verdiyi davamlı və prinsipial dəstəyi yüksək qiymətləndirib. Həmçi­nin Birləşmiş Krallığın beynəlxalq təş­kilatlar çərçivəsində tutduğu balanslı mövqe müsbət dəyərləndirilib. 

İkitərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığı vurğulanaraq, belə səfərlərin gələcəkdə də davam et­dirilməsinin vacibliyi qeyd olunub. 

Samir Nuriyev “Azərbaycan Res­publikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Döv­lət Proqramı”na uyğun olaraq işğal­dan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-qurucu­luq layihələrinin, habelə yeni yaşayış məntəqələrinin salınması istiqamətində işlərin uğurla davam etdiyini diqqətə çatdırıb.

Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə Britaniya şirkətlərinin bərpa-quruculuq və yenidənqurma la­yihələrində iştirakından məmnunluq ifa­də olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Xüsusilə Birləşmiş Krallığın Azərbay­canda humanitar minatəmizləmə la­yihələrinə verdiyi töhfələr təqdir olunub. 

Azərbaycan Respublikasının Hö­kuməti ilə Böyük Britaniya və Şimali İr­landiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın dekab­rın 7-də Bakıda 6-cı iclasının keçirilə­cəyi qeyd edilərək, vacib bir mexanizm kimi komissiyanın növbəti iclasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminlik ifa­də olunub.

XQ

Son xəbərlər