Beynəlxalq Jurnalistlər Şurası Fransanı qınadı

post-img

Dünyanın 64 ölkəsində təmsilçisi olan Beynəlxalq Jurnalistlər Şurasının Xarici Media Məclisi bir gün əvvəl Fransada azərbaycanlı jurnalist Aygün Həsənovanın təzyiqlərə məruz qalması ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir: “Biz bü­tün hallarda jurnalistlərə qar­şı hər cür basqı və zorakılığı pisləyirik. Ötən gün Azərbay­canın rəsmi media qurumu AZƏRTAC-ın Yeni Kaledoni­yaya ezam edilmiş əməkda­şı Aygün Həsənovaya qarşı olan basqılara görə, Fransa hökumətindən açıqlama istə­yirik. Fransa kimi bir ölkədə jurnalistin peşəkar fəaliyyətinə maneə beynəlxalq hüquq və azadlıqlara ziddir. Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu, bütün dünyadakı jurnalistləri məyus edir. Heç bir əsas göstərmə­dən jurnalistin polis bölmə­sində saxlanılaraq ölkədən çıxarılmasını jurnalistin infor­masiya əldə etmək hüququ­nun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”, – deyə bəyanatda vurğulanıb.

XQ

Son xəbərlər