Hərbi təminat avadanlığına baxış

post-img

Baxış-müsabiqəsində qış aylarında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılması, eləcə də şəxsi heyətin soyuq iqlim şəraitində gecə və gündüz heç bir çətinlik çəkmədən xidmət aparması üçün istismarda olan arxa təminatı avtomobil texnikalarının sazlığı yoxlanılıb.

Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil tex­nika və qurğularının, səyyar soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlə­rinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqə­sində texnikalara gündəlik texniki xidmətin göstərilmə­si ardıcıllığına, onların tex­niki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun isti­fadə və istismar olunmasına xüsusi diqqət yetirilib. 

Baxış-müsabiqəsinin sonunda ən yaxşı nəticəni göstərən hərbi hissələr mü­kafatlandırılıb.

XQ



Son xəbərlər