Yanğınsöndürənlər ağac əkdilər

post-img

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid Ramiz Aboyev adına parkda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada rayon icra hakimiyyətinin baş­çısı Elxan Allahverdiyev, FHN DYNX-nin rəis müavini daxili xidmət polkovniki Səyavuş Qasımov, Xidmətin əməkdaşları və rayonda fəaliyyət göstərən bir sıra idarə va təşkilatla­rın işçiləri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ölkə­mizdə ekologiyanın qorunması və ətraf mü­hitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də vətəndaş­lar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyada 100-dən artıq müxtəlif növ ağac əkilib.

XQ

Son xəbərlər