Xidmətə qəbulla bağlı sıra baxışı

post-img

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Sıra baxışında Daxili İşlər Nazirli­yinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələ­sinə buraxılıb. Onlardan 15 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlə­rində uğurlar arzulayıb, tapşırıq və töv­siyələrini verib.

XQ

Son xəbərlər