Bakıda beynəlxalq qadın konfransı

post-img

Noyabrın 20-də Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə keçirilir. 

Konfransda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirak­çılarına müraciəti səsləndirilib. Müraciə­ti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Murado­va oxuyub.

Tədbir Prezident İlham Əliyevin Qo­şulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səs­ləndirdiyi təşəbbüsləri əsasında təşkil edilib. Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətlən­dirilməsi, habelə onların dayanıqlı in­kişaf, iqtisadi artım, sülh, təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir müba­diləsi aparılıb. 

Konfransda Hərəkata üzv ölkələrin rəsmiləri, o cümlədən 15 nazir, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələri, həmçinin xü­susi qonaq qismində yüksəkvəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumi­likdə dünyanın 50-dən çox ölkəsindən nümayəndə heyətləri iştirak edir. 

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə­sinin sədri Bahar Muradova Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dönə­mində öz vəzifəsinə böyük məsuliyyətlə yanaşdığını, çoxsaylı üzvü olan təsisa­tın çoxtərəfli formatda əməkdaşlığının genişləndirilməsi üçün lazım olan bütün addımları atıb və bu, artıq öz töhfəsini verməkdədir.

“Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu müddətdə bu təsisatın prin­siplərinə sadiqliklə yanaşı onun institusi­onal inkişafına və beynəlxalq müstəvidə nüfuz və rolunun daha da artmasına tə­kan verən bir sıra ideya və təşəbbüslərlə çıxış edib. Azərbaycan Prezidenti, Qoşul­mama Hərəkatının Sədri İlham Əliyevin liderliyi ilə təsisat inkişafının keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoyub. Bu ardıcıl fəaliyyəti üzv ölkələrin dəstəyi ilə hərəkatdaxili proseslər sistemli xarakter alıb, hazırkı beynəlxalq münasibətlər sis­temində özünəməxsus yeri və təsir gücü möhkəmləndirilmiş bir təsisata çevrilmək yolunda mühüm nəticələr əldə edilib”, - deyə Bahar Muradova vurğulayıb. 

Komitə sədri Azərbaycanın COVID 19-la mübarizədə qlobal səylərin bir­ləşdirilməsində mühüm rol oynadığını da diqqətə çatdırıb. Həmçinin bildirib ki, Hərəkatın yeni yaradılmış Parlament şə­bəkəsi və Gənclər Təşkilatı kimi təsisat­ları çoxtərəfli əməkdaşlığa ciddi töhfədir. 

Sonra BMT Baş katibinin birinci müa­vini Əminə Məhəmmədin konfrans işti­rakçılarına müraciəti səsləndirilib. BMT rəsmisi Qoşulmama Hərəkatına üzv ölkələri qadınların hüquqlarının qorun­ması istiqamətində fəal olmağa çağırıb. O deyib ki, qadınlar hərəkətverici qüvvə kimi cəmiyyətdə böyük rol oynayırlar. 

Qoşulmama Hərəkatının Bakı kon­fransının üzv ölkələrin daha da yaxın­laşmasına töhfə verəcəyini vurğulayan Özbəkistanın Baş nazirinin müavini Zu­layho Mahkamova qeyd edib: “Qadın­ların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Düşünürəm ki, Azərbaycanın evsahibliyi etdiyi bu konfrans Qoşulmama Hərə­katına üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasına, həmçinin qadınların səlahiyyətləndirilməsinə öz töhfəsini verəcək.

Azərbaycanın Qoşulmama Hərəkatı­na uğurla evsahibliyindən, təsisatın fəa­liyyətinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərindən söz açan Baş nazirin müavini Özbəkistanda 40 minə yaxın azərbaycanlının yaşadığını bildirib. 

O, dünyada gender bərabərliyinin təmin edilməsinin mühüm məsələlərdən olduğunu bildirib. 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva diqqətə çatdırıb ki, təmsil etdiyi qurumun Azərbaycandakı və digər ölkələrdəki nü­mayəndəliklərinin məqsədlərindən biri qadınların hüquqlarının qorunması və onların imkanlarının artırılmasıdır. 

Konfransın yüksək səviyyədə təşki­linə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü ifadə edən Mərakeşin həm­rəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif bu görüşün üzv ölkələrin nü­mayəndələri üçün fikir mübadiləsi apar­maq, yaxından əməkdaşlıq etmək baxı­mından əhəmiyyətini vurğulayıb. 

O, bütün sahələrdə qadınların fəaliy­yətinin təqdirəlayiq olduğunu qeyd edib. 

Dünyada və ölkəsində qadınların hüquqlarının qorunması və bu sahədə mövcud problemlərdən danışan Uqan­danın gender, əmək və sosial inkişaf naziri Amongi Betty Ongom konfransın əhəmiyyətini qeyd edib. Bildirib ki, möv­cud problemlərin müzakirəsi və həlli üçün belə tədbirlərin təşkili vacibdir. 

“Əminik ki, Bakı konfransının yeku­nunda qəbul edilən sənəd qadınların hüquqlarının qorunması və həyatın bütün sahələrində imkanlarının artırılmasına töhfə verəcək”, – deyə nazir vurğulayıb. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Bakı konfransı çox aktual möv­zuya həsr olunub. Qadınlara hörmət mə­dəniyyətə, tarixə olan hörmətdir. O, tədbi­rin müxtəlif ölkələri təmsil edən qadınlar arasında vəhdətin qurulmasında önəmli rol oynayacağından əminliyini ifadə edib. 

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Kashif Za­man, ICESCO-nun Sosial və Humanitar Elmlər Departamentinin direktoru Rama­ta Almamy Mbaye və digər məruzəçilər Qoşulmama Hərəkatına üzv ölkələrdə qadınların səlahiyyətlərinin artırılması istiqamətində görülən işlərdən və görülə­cək tədbirlərdən danışıb, təkliflərini səs­ləndiriblər. 

Sonda Qoşulmama Hərəkatının “Qa­dınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzu­sunda konfransının yekun Bəyannaməsi qəbul olunub.

Noyabrın 21-də konfrans öz işini pa­nel müzakirələrlə davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük bey­nəlxalq təsisat olan Qoşulmama Hərəka­tına (QH) 2019-cu ildən etibarən sədrlik edir. Ölkəmizin təsisata rəhbərliyi dövrün­də gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə müba­rizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələ­rin qəbul edilməsi Azərbaycanın Qo­şulmama Hərəkatına uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədr­liyi nəticəsində bu gün Qoşulmama Hərə­katı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.

 

XQ



Son xəbərlər