Böyük Britaniyanın Azərbaycandakı səfirliyi müharibə qurbanlarının xatirəsini yad edib

post-img

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi müharibədə həlak olanların xatirəsini yad etmək üçün Anım günü keçirib.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsində paylaşım edib.

“Hər il biz bu günü müharibələr nəticəsində həlak olanların və yaralananların xatirəsini yad etmək üçün Anım günü kimi qeyd edirik. Böyük Britaniyanın Bakıdakı icması, diplomatik missiyaların və Müdafiə Nazirliyinin nümayəndələri bu mərasimdə iştirak edərək müharibə qurbanlarını iki dəqiqəlik sükutla yad ediblər", - deyə diplomat paylaşımda qeyd edib.

 

Rizvan FIKRƏTOĞLU

XQ



Son xəbərlər