Bakıda kibertəhlükəsizlik festivalı

post-img

Oktyabrın 26-da Bakı Konqres Mərkəzində kiberfestivala (“Critical Infrastructure Defence Challenge 2023”) start verilmişdir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplamışdır.

Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükə­sizliyi Dövlət Xidmətinin rəisi ge­neral-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağı­yev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq ko­mitəsinin sədri Tahir Mirkişili, Kiçik və Orta Biznesin İnkişafı Agentli­yinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azerconnect” şirkə­tinin baş direktorunun müavini Dövlət Dövlətov və “BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-pre­zidenti Bəxtiyar Aslanbəyli çıxış etmişlər.

Tədbir çərçivəsində Azərbay­canda ilk dəfə kiberhücumların si­mulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrast­rukturların, bankların, telekommu­nikasiya müəssisələrinin IT üzrə 3-5 nəfər tərkibdə 20 komandası 2 gün ərzində yarışacaqlar. Təd­birin son günündə qalib komanda 30.000 manat mükafat əldə edə­cəkdir.

Təşkilatçılar tərəfindən təd­bir günləri ərzində informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat, 5 panel müzakirəsi, eləcə də ödənişsiz 6 fərqli sahə üzrə təlimlərin keçirilməsi nəzər­də tutulmuşdur. Bütün qonaqlar kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual yarışlarda iştirak edib hədiyyələr qazanmaq imkanlarına malikdirlər.

XQ

Son xəbərlər