Milli Məclisin Sədri Türkiyədə

post-img

Azərbaycan parlament nümayəndə heyətinin Ankaraya rəsmi səfəri çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşla görüşüb. 

Parlamentin Sədri 2023-cü ilin həm Azərbaycanın, həm də Türkiyənin həyatında tarixi yubi­leylərlə zəngin olduğunu vurğu­layaraq, bu il Azərbaycan xalqı­nın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucu­su, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün yüksək səviyyədə qeyd edildi­yini, həmçinin Türkiyə Cümhu­riyyətinin yaranmasının 100-cü ildönümünün tamam olduğunu bildirib. Onun sözlərinə görə, bu bayram təkcə Türkiyənin deyil, bütün türk dünyasının bayramı­dır.

Türkiyənin hər platformada Azərbaycanın yanında olduğu­nu söyləyən Numan Kurtulmuş Ermənistan-Azərbaycan mü­naqişəsinin artıq həll olundu­ğunu, ərazi bütövlüyümüzün tə­min edildiyini söyləyib. Hazırda Azərbaycanın haqlı mübarizə­sini əngəlləməyə çalışan döv­lətlərin və bəzi lobbi dairələrinin olduğunu söyləyən TBMM Sədri ölkəmizin diplomatiya sahəsin­də də qələbə qazanacağına inamını ifadə edib.

***

Milli Məclisin sədri Sahi­bə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mə­zarını – Anıtqəbiri ziyarət edib, xatirəsini ehtiramla anıb.

Sahibə Qafarova məzarın önünə əklil qoyub.

Sonra Milli Məclisin sədri xa­tirə kitabına ürək sözlərini yazıb.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər