Bakıda UNESCO-nun subregional konfransı

post-img

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə “İpək Yolu Volqa-Xəzər Dəhlizi: Birinci İllik Subregional” konfransı keçirilir.

UNESCO-nun ölkəmizdəki daimi nümayəndəsi Elman Abdullayev tədbir­də Azərbaycanın çox geniş mədəni irsə malik olduğunu dedi. Bildirdi ki, Böyük ipək yolu üzərindən maddi və qeyri-mad­di irsin qorunması mövzusunda Mərkəzi Asiya ölkələri ilə tarixi əlaqələr qurulub. Ənənə bu gün də davam edir.

Azərbaycan Respublikasının Mədə­niyyət Nazirliyi yanında Mədəni İrsin Qo­runması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tarixi ipək yolunun Azərbaycan üçün vacib əhəmiyyət daşıdığını vurğuladı. 

UNESCO üzrə Milli Komissiyanın ikinci katibi Emil Əhmədov Azərbayca­nın ipək yolu üzərində keçirilən layihələri hər zaman dəstəklədiyini iftixarla qeyd etdi. O bildirdi ki, ermənilər son 30 ildə Azərbaycana aid mülki obyektləri, tarixi abidələri dağıtmış, milli-mədəni irsimizə qarşı genosid həyata keçirmişlər. 

“İpək Yolu Volqa-Xəzər Dəhlizi: Birin­ci İllik Subregional” adlı konfransda ölkə­mizlə yanaşı, Qazaxıstan, Türkmənistan, İngiltərə, Yaponiya, Rusiya Federasiya­sının Tatarıstan Respublikası və İrandan olan nümayəndələr iştirak edirlər. 

Konfransa qatılan ölkələrin rəsmi nü­mayəndələrindən müsahibələr aldıq. 

London Universiteti Kollecinin profes­soru Tim Vilyams: – İlk dəfədir ki, Azər­baycana gəlirəm. Çox həyəcanlıyam. Xəzər dənizi regionu ətrafında mədəni irs və strateji inkişaf nailiyyətləri mövzu­sunda müzakirələrin aparılması hər biri­miz üçün olduqca əhəmiyyətlidir. Rusiya Federasiyası, Qazaxıstan, Azərbaycan və digər ölkələrdən olan tətqiqatçılar bu mövzuda daha yaxşı araşdırmalar et­mək üçün yol xəritəsi işləyib hazırlayırlar. Qeyd edim ki, bu, həmçinin ayrı-ayrı la­yihələri əhatə edir.

Qazaxıstan Respublikası Milli Elm­lər Akademiyasının akademiki, arxeo­logiya elmləri doktoru, professor Bay­tanayev Bauyrjan: – Əsas məqsədimiz mədəni irs mövzusunda meyarlar ha­zırlamaq, arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrini UNESCO-ya təqdim etməkdir. Biz bu görüşdən sonra mühüm addımlar at­mağı düşünürük. Bu mövzuda müəyyən meyarlar hazırladıqdan sonra həmin nümunələrin sıralanması işinə başla­yacağıq. Bunlar hamısı Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənis­tanın və ümumiyyətlə, Mərkəzi Asiya ölkələrinin mədəni irsidir. Baytanayev Bauyrjan tədbir haqqında da təəssü­ratlarından danışdı: – Tədbir çox gözəl təşkil olunub. Burada gənclər, müxtəlif təşkilatların əməkdaşları və ekspertlər fəal iştirak edirlər. Onlar da konfransda əldə olunan yaxşı nəticələrə görə gözəl əhval-ruhiyyədədirlər. Buna görə, bütün təşkilatçılara “Çox sağ ol” deyirik.

Konfransın təşkil olunmasının məqsə­di “İpək Yolu Volqa-Xəzər Dəhlizi Trans­sərhəd Nominasiyası”na təqdim ediləcək mədəni irs obyektlərinin müəyyənləşdi­rilməsi, müvafiq sənədlərin dəhlizə daxil olan 5 ölkənin hökumət nümayəndələri, milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertlərlə müzakirə olunmasıdır. 

Konfrans oktyabrın 25-dək davam edəcək.

Fidan HÜQUQQIZI
XQ

Son xəbərlər