Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib

post-img

Oktyabrın 24-də Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclər­dən daha hazırlıqlı olan 287 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 41 nəfəri Vətən müharibəsi­nin iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov seçim turunun digər mər­hələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənc­lərə gələcək fəaliyyətlərində uğurlar arzula­yıb, tapşırıq və tövsiyələrini verib.

XQ

Son xəbərlər