Ali audit qurumlarının rolu müzakirə olunub

post-img

Dünən Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə 3-cü DİM Dialoqu keçirilib. 

“2023-cü il “Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilmə­sində ali audit qurumlarının rolu” möv­zusunda keçirilən tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əh­mədov ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlər barədə məlu­mat verib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinin və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası­nın DİM-lər ilə sıx uzlaşdığı diqqətə çat­dırılıb. 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva DİM üzrə bu ilin sentyabr ayında keçirilən sammitin öhdəliklərinə əsasən, inklüziv dayanıqlı inkişafa nail olmaq üçün BMT-nin bütün maraqlı tərəflərlə işləməyə da­vam edəcəyini bildirib. 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DİM-lər üzrə səmərəlilik auditlərinin sayının artırıldığını, 2021–2022-ci illərdə 6 DİM-in seçilən audit mövzularında meyar kimi çıxış etdiyini, auditlərlə əhatə olunan indikatorlarda ar­tımın müşahidə edildiyini qeyd edib.

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının sədri, Braziliyanin Ali Audit Qurumunun sədr müavini Valton Alen­sar Rodriques keçirilən tədbirin dünya ölkələrinin ali audit qurumlarının DİM-lə­rin icrasında rolu barədə təcrübələrinin öyrənilməsi üçün uğurlu plarforma oldu­ğunu vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Sa­hib Məmmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib, quruma fəa­liyyətində uğurlar arzulayıb. 

Müzakirələrdə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev, ma­liyyə nazirinin müavini Azər Bayramov, Dünya Bankının Azərbaycandakı ölkə meneceri Ştefani Ştalmeyster və digər ölkələrdən olan ali audit qurumlarının, kommersiya banklarının və özəl sektorun nümayəndələri iştirak ediblər. 

XQ



Son xəbərlər