Milli Məclis Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişini ratifikasiya edib.
XQ xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin oktyabrın 17-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, sənəd 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində imzalanıb.