ADPU-da dəyirmi masa

post-img

Türkiyənin Şərqi Aralıq dənizi Universitetinin Siyasət və beynəlxalq əlaqələr fakültəsinin müəllimi, Xalq Partiyasının sədri, Şimali Kipr Türk Respublikasının (ŞKTR) keçmiş xarici işlər naziri, professor Qüdrət Özersayın iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Son qlobal proseslər fonunda ŞKTR və Azərbaycanın əhəmiyyətinin artması, Zəngəzur dəhlizi məsələsində haqlı mövqe” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaq haqqında iştirakçı­ları məlumatlandırıb.

Professor Qüdrət Özersay çıxışında Şimalı Kipr Türk Respublikasının tarixin­dən, Azərbaycanın 44 günlük Vətən mü­haribəsi zamanı əldə etdiyi uğurlardan, işğal altında olan torpaqlarımızın tama­milə düşmən əsarətindən qurtulmasın­dan, həmçinin Zəngəzur dəhlizinin əhə­miyyətindən danışıb.

Görüşdən sonra Qüdrət Özersay ADPU-nun inzibati binası ilə tanış olub.

XQ

Son xəbərlər