Xalqları mənəvi tellərlə bağlayan mahnılar...

post-img

Əziz oxucular, yəqin ki, yadınızdadır, respublikanın Əməkdar artisti, mərhum Baloğlan Əşrəfov görkəmli yazıçı-şair Əlibala Hacızadənin sözlərinə bəstələdiyi “Nədəndir?” böyük sevgi və şövqlə ifa edirdi. 

Mahnı qısa müddətdə çox populyar­laşmışdı və qardaş Türkiyədə də bu mah­nı sevildi. Baloğlan müəllimin sağlığında mahnını bəstəkarın icazəsi ilə Türkiyənin pop-ulduzu Sərdac Ortac şirin türk ləhcə­sində böyük həvəslə oxumağa başladı və insafən hər iki ifa geniş tamaşaçı audito­riyası qazandı. 

Maraqlı cəhət həm də bundadır ki, türkiyəli ulduz bu mahnını hər dəfə oxu­yanda təkcə bəstəkarın adını deyil, mah­nının sözlərinin müəllifini də böyk ehti­ramla qeyd edir və bu dəyərli misraların son dərəcə həssas və sevən bir qəlbə sahib olan yaşlı insan tərəfindən yazıldı­ğını xüsusi vurğulayır: 

Gah ağladıb, gah güldürdün sən məni, 

Hikmətini bilmək olmur nədəndir,

Sərun suya qərq elədin cahanı, 

Göz yaşımı silmək olmur, nədəndir?

Əziz oxucu, bu yazıda məqsədim “Nədəndir” mahnısının məziyyətləri və müğənnilərin ifa xüsusiyyətləri barədə söz açmaq deyil. Sadəcə, demək istə­yirəm ki, uzun onillər boyu bir-birindən ayrı düşmüş qardaş türk xalqlarını bir-bi­rinə bağlayan mənəvi tellərdən biri, bəlkə də birincisi musiqidir. 

Bu qeydlərimi bəlkə də burada bitir­mək olardı. Lakin bir hadisəni qeyd et­məyi özümə borc bilirəm. Bu yaxınlarda redaksiyamıza “Nədəndir” mahnısının sözlərinin müəllifi, yazıçı-şair Əlibala Ha­cızadənin qızı, uzun illər AZƏRTAC-ın Moskvada müxbiri olmuş Asya Hacızadə təşrif buyurmuşdu. 

Ona hörmətli Əlibala müəllim ilə ilk tanışlığım və sonrakı görüşlərim barədə söz açdım. Asya xanım söhbət “Nədən­dir” mahnısından düşəndə dedi:

– Atam bu mahnını çox sevirdi və ona hər iki müğənninin ifasında qulaq asmaq­dan doymurdu. 

M.HACIXANLI
XQ

Sosial həyat