Almaniya hökuməti İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlar barədə səhər saatlarında əvvəlcədən məlumatlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya hökumətinin Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlamasında bildirilib.
Federal hökumətin sözçüsü Stefan Korneliusun yaydığı məlumatda qeyd olunub ki, rəsmi Berlin hadisələrin inkişafını diqqətlə izləyir və Avropa tərəfdaşları ilə sıx əlaqə saxlayır. Həmçinin bildirilib ki, Almaniya Kansleri Fridrix Merts təhlükəsizliklə bağlı sahələr üzrə məsul nazirlərlə vəziyyəti müzakirə edib və gün ərzində əlavə görüşlər keçirməyi planlaşdırır.

