II Milli Şəhərsalma Forumu işini davam etdirir

post-img

“Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Forum çərçivəsində Bakı şəhərinin Baş planı və işğaldan azad edilmiş rayonların Baş planlarına həsr edilən stendlərlə tanış olublar.

Forumda məruzə ilə çıxış edən Dünya Bankının baş məsləhətçisi xa­nım Ellen Hamilton Azərbaycan haki­miyyəti tərəfindən məcburi köçkünlərlə bağlı həyata keçirilən tədbirlərdən söh­bət açıb.

Dünya Bankının təmsilçisi Bakı şəhərinin inkişafı və ümumiyyətlə, şəhərsalma sahəsində görülən işləri təqdir edib.

Məruzəçi, həmçinin müasir şəhər­salma sahəsində qarşıya çıxan prob­lemlərdən də danışıb. Qeyd olunub ki, şəhərsalmada, ilk növbədə, ekoloji məsələlərə, düzgün planlaşdırmaya, şəhərsalma qanunvericiliyinə diqqət yetirilməli və eyni zamanda bu sektor­lara müvafiq vəsait yönəldilməlidir.



Son xəbərlər